Xalq artisti evinə qapandı: "Həmkarlarım üçün qapım bağlıdır, çünki..."
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti Zərnigar Ağakişiyeva evinə qapanıb.
Day.Az əməkdaşının telefon zənglərinə 3 gündən sonra cavab verən aktrisa səhhətindən də danışıb.
"3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim. Buna mənim nə səhhətim imkan verir, nə də özüm istəyirəm. Hətta həmkarlarım da mənimlə görüşmək istəyir. Onlar üçün də qapım bağlıdır. Xasiyyətimi bilib nə zəng edirlər, nə də evimə gəlirlər. Noyabrın 6-da ad günümdür, amma heç o əhval-ruhiyyədə də deyiləm", - deyə xalq artisti bildirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре