İlhamə Quliyeva torpağa tapşırıldı

Day.Az представляет новость на азербайджанском языке

--------
15:52

Dünən 73 yaşında dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyeva torpağa tapşırılıb.

Day.Az-ın aznews.az-a istinadən xəbərinə görə, xalq artistinin cənazəsi II Fəxri Xiyabanda torpağa tapşırılıb.

---------
14:50

Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, primadonnanın nəşi son mənzilə yola salınır.

Qeyd edək ki, İlhamə Quliyeva İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

----------
12:02

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyevailə vida mərasimi keçirilir.  

Day.Az musavat.com-a istinadən bildirir ki, mərasimə sənətçinin qohumları,  sənət dostları və media nümayəndələri axışırlar. Saat 12:00-da başlayacaq vidada İ. Quliyevanın mahnıları səsləndirilir. 

Qeyd edək ki, trombdan (qan damarının tutulması) səbəbi ilə vəfat edən xalq artisti II Fəxri xiyabanda, anası Tükəzban İsmayılovanın yanında dəfn ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

İlhamə Quliyeva ilə vida mərasimi