Cavanşir Məmmədov: "Firuzə ilə 50 manata toya getmişik"

Day.Az представляет новость на азербайджанском языке
Əməkdar artist Cavanşir Məmmədov toya baha qiymətə gedən həmkarlarını tənqid edib.
Axşam.az xəbər verir ki, müğənni "10-dan sonra" verilişində məclisə baha getmədiyini deyib:
"42 ildir toya gedirəm. 21 ildir Firuzə İbadova ilə birlikdə çalışırıq. Heç vaxt qiymət oxumamışam. Kiminsə ürəyində arzusu məni toya çağırmaqdır. Gedib nəyi var banka qoyub, borc götürsün, mənə versin? Axı bu pul mənə haram olar. Müğənnilər özlərinə qiymət qoyur, sabah da vergi üstlərinə düşəndə danırlar.
Toya baha getmək yaxşı oxumaqdan irəli gəlmir. Ola bilsin ki, kiminsə uç-dörd mağazası var, oradan pul qazanır. Ayda bir bahalı toya gedir, ona bəs edir. Elə olub ki, Firuzə İbadova ilə 50 manata toya getmişəm. İnsan zəng edib ki, imkanım yoxdur, gəlin. Getmişik, 50 manat almışıq. Belə insan başqa yerdə sənə rast gələndə qucaqlayır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре