Nadir Qafarzadənin "maral"ını erməni oğurladı

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Nadir Qafarzadənin ifa etdiyi "Maral" adlı bəstəni ermənistanlı müğənni mənimsəyib.

Milli.Az-ın məlumatına görə, sözügedən bəstəni erməni Temur Javoyan lentə aldırıb. Mahnını ifa etməklə kifayətlənməyən ifaçı onu yeni işıq üzü görəcək albomuna əlavə edəcəyini söyləyib.

Onu da əlavə edək ki, "Maral" adlı bəstəni ilk dəfə Türkiyədə o qədər də tanınmayan Dilək Şimşək adında bir müğənni lentə aldırıb. Daha sonra Azərbaycandan müğənni N.Qafarzadə sözü gedən bəstəyə müraciət edib. Mahnını yeni aranjmanda ifa edən "Əjdaha" ləqəbli müğənnimiz "Maral" mahnısı ilə Azərbaycanda bu günə qədər olmayan rekord vurub. Belə ki, N.Qafarzadə yeganə Azərbaycan müğənnisidir ki, "Youtube" şəbəkəsində ifa etdiyi bir mahnısının baxış sayı 6 milyondan artıqdır.