Əlikram Bayramov: "Pulum olsa..."

Day.Az представляет новость на азербайджанском языке:

Əlikram Bayramov arzularını reallaşdıra bilmədiyi üçün gileylidir.
 

Publika.az-a danışan müğənni solo-konsert arzusunu dilə gətirib:

"Hansı verilişə gedirəmsə, məndən niyə solo-konsert vermədiyimi soruşurlar. Hansı müğənni istəməz ki, konsert versin. Konsert həm də sənət adamının tamaşaçılar qarşısında hesabatıdır. Mən də zamanında keçmiş Şəhriyar adına mədəniyyət mərkəzində konsert vermişəm. Amma ən böyük arzum Heydər Əliyev Sarayında konsert verməkdir. Bunun üçün də maliyyə tələb olunur. Qismət olsa, arzumu reallaşdıracağam".