İki avtomobi toqquşdu: 1 yaralı Day.Az представляет новость на азербайджанском языке:

Martın 1-i gecə saat 4 radələrində Göygöl rayon ərazisində qəza baş verib. İki avtomobilin toqquşması nəticəsində, avtomobillərdən birinin sərnişini, Gəncə şəhər sakini, 27 yaşlı Seymur Əliyev xəsarət alıb.

Hadisə zamanı Seymur Əliyevin başı avtomobilin ön şüşəsinə çırpılıb. O, dərhal hadisə yerində olan yaxınlarının köməyi ilə Gəncə şəhər TTYX-ya çatdırılıb. Yaralıya dərhal lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırmalara başlanılıb.