Bakı metrosunda xof: sərnişinlər boşaldıldı

Day.Az представляет новость на азербайджанском языке.

Bakı metropolitenin "20 yanvar" stansiyasında qatarların hər iki istiqamət üzrə hərəkəti dayandırılıb. Qatarlardakı sərnişinlər boşaldılıb.
 

"Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib.
 

N.Paşayevin sözlərinə görə, "Həzi Aslanov" stansiyasından "Dərnəgül" istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlıq yaranıb: "Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Buna görə də arxadakı qatarlar gözləmək məcburiyyətində qalıb. Xətlərdə artıq hərəkət bərpa olunub".

Milli.Az