Acunun yeni "bomba" transferi

Day.Az представляет новость на азербайджанском языке:

Evlilik proqramlarının məşhur siması onun kanalına gəlir.

Türkiyənin tanınmış siması, məşhur aparıcı, "TV8" telekanalının sahibi Acun İlıcalı növbəti transferi ilə gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, məşhur media rəhbəri Acun İlıcalı kanalı üçün yeni mövsümdə sürpriz transferə imza atıb.

Yerli mediada Acunun Türkiyədə ən reytinqli evlilik proqramı aparıcısı kimi tanınan Esra Erolla razılığıa gəldiyi haqqında xəbərlər yayılıb.

Hələlik "Fox TV"də "Esra Erolla" proqramını təqdmi edən teleaparıcının yeni mövsümdən etibarən "TV8"ə keçəcəyi qeyd edilir.

Sürpriz transfer reallaşacağı təqdirdə, teleaparıcının proqramının prodüsseriliyini edən şirkət müqavilənin şərtlərini pozduğuna görə "Fox TV"yə 5 milyon türk lirəsi (2 milyon azn) təzminat ödəyəcək.

Xatırladaq ki, Esra Erol bundan əvvəl də Türkiyənin ən qabaqcıl telekanallarında izləyicilərin görüşünə gəlib.