Bu meyvə saçları ağarmağa qoymur

Day.Az представляет новость на азербайджанском языке

Bahalı şampunlara, dərmanlara artıq yerə pul xərcləməyin.

Gözəl və sağlam saçlara sahib olmaq, saçların ağarmasının qarşısını almaq üçün bahalı dərmanlara yaxud şampunlara pul xərcləməyin. Çünki bir çox dərdə dərman olan qozun daha bir müsbət xüsusiyyəti üzə çıxıb.

sputnik-ə istinadən bildirir ki, ingiltərəli saç mütəxəssisi Sara Allisona görə, hər gün bir ovuc qoz yemək, saç ağarmasının qarşısını alır. 

Qozun tərkibindəki E vitamini və təbii Omega yağlarının saça rəng verən piqmentlerə təsir etdiyini deyən Allison, "Bahalı şampunlara, dərmanlara artıq yerə pul xərclənməməlidir. Gözəl və sağlam saçlar üçün qoz yeyin "deyib.

Bu səbəblə də,  saç ağarmasının qarşısını almaq üçün tez-tez qoz istehlak edin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.