https://news.day.az/azerinews/1836595.html Azərbaycan və Tacikistan aqrar sənaye sahəsində əməkdaşlıq edəcəklər Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində "Boboi Şərifbek" ilə "Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair sənəd imzalanıb.

Azərbaycan və Tacikistan aqrar sənaye sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycanca, 22 мая 2026 14:54 (UTC +04:00) 282
Azərbaycan və Tacikistan aqrar sənaye sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində "Boboi Şərifbek" ilə "Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair sənəd imzalanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə dövlət qurumlarının və işgüzar dairələrin nümayəndələri, eləcə də aidiyyəti şirkətlərin rəhbərləri iştirak ediblər.

Saziş aqrar-sənaye istehsalı və investisiyalar sahəsində şirkətlər arasında ikitərəfli əməkdaşlığın inkişafına yönəlib.

Qeyd edək ki, bu gün Bakıda iki ölkənin dövlət qurumları və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilir. Forum çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiya imkanları, sənaye kooperasiyası və Azərbaycan ilə Tacikistan sahibkarları arasında əlaqələrin inkişafı müzakirə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости