UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"

Dünyanın ən böyük qarışıq döyüş növləri (MMA) təşkilatı olan UFC-nin rəhbəri Dana Uayt ölkəmizdə böyük maraqla gözlənilən "UFC Fight Night Baku" turniri öncəsi Azərbaycan azarkeşlərinə səslənib.

Day.Az xəbər verir ki, Uayt öz çağırışında Azərbaycanın döyüş idman növlərinə olan sevgisini və Bakının möhtəşəm ev sahibliyi potensialını yüksək qiymətləndirib:

"Salam, Azərbaycan! Bakıda keçiriləcək 'UFC Fight Night' turniri üçün həyəcan pik həddədir. Oradakı azarkeşlərin nə qədər çılğın və ehtiraslı olduğunu yaxşı bilirəm. Sizi əmin edirəm ki, oktaqonda unudulmaz bir gecə yaşanacaq. Hamınızı arenada gözləyirəm, bu tarixi hadisəni qaçırmayın. Bakı, hazır ol!"