Azərbaycan deputatları çeçen əsilli 102 yaşlı qadına baş çəkiblər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan deputatları çeçen əsilli 102 yaşlı qadına baş çəkiblər.

Trend-in məlumatına görə, bu gün millət vəkilləri Aydın Mirzəzadə, Flora Qasımova, Hikmət Məmmədov, eləcə də YAP Qadınlar Şurasının fəalı, Yasamal rayon 52 saylı məktəbin direktoru Elmira Ələsgərova həmin qadının yerləşdiyi sosial sığınacağa gələrək ona baş çəkiblər.

Deputatlar yaşlı qadının vəziyyəti ilə maraqlanıblar.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Dağıstan Respublikasından olan çeçen əsilli 102 yaşlı Mədinə Əliyeva adlı qadının Azərbaycanın Goranboy rayonunda tapılması ilə bağlı məlumat yayılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.