Savaş taktikası və siyasətə yenidən baxmalıyıq
Day.Az представляет новость на азербайджанском языке
Soyuq müharibəni "Uzun sülh" adlandırıblar. Lakin Sovetlər Birliyinin dağılmasından sonra keçən 20 ildə sülh daha çox qabarıb. Lap dəqiq desək, 1991-ci ildən 2010-cu ilə qədər olan müddətdə sülhün dominantlığı müşahidə olunub. Hətta həmin ərəfədə bəziləri cürət edib, "naturamızın müsbət tərəfləri"nin üstünlük qazandığını iddia etməsi ilə seçiliblər. Pis xəbər isə ondan ibarətdir ki, bu qısa sülh böyük ehtimalla başa çatır.
1970-ci illərə nəzər salsaq, Soyuq müharibənin, əslində, necə qaynar olduğunu görərik. Həmin dövrdə öz maraqlarını güdən ölkələrin fəaliyyəti nəticəsində müharibələr zamanı 2 milyondan artıq insan dünyasını dəyişmişdi. 2000-ci illərdə isə bu rəqəm 270 000-i keçmədi. ABŞ üçün Vyetnam müharibəsi, İraqla müqayisədə daha çox itki ilə yadda qaldı (Vyetnamda 47 424 ölü, İraqda 3 527 ölü)

Oslodakı Dünya Problemlərinin Araşdırma İnstitutu bildirib ki, hərbi münaqişələr zamanı ölümün ən yüksək göstəriciləri 1971-ci ilə təsadüf edib (Təxminən 380 000 ölü). Eyni zamanda 1982-ci ildən 1988-ci ilə qədər olan dövrü də qeyd etmək olar. Bu vaxt ölənlərin illik göstəricisi 250 000-ə bərabər idi. 2002-ci ildən 2007-ci ilə qədər olan göstərici isə 17 000-dir.
Ölüm hallarının aşağı düşməsinə 6 səbəb göstərilir. Psixoloq Stiven Pinker bildirib ki, zaman keçdikcə insanlar sivil olub. Daha bir səbəb isə Demokratiyanın və Fövqəlmilli İnstitutların inkişafıdır. Eyni zamanda demokrafik problemi də xüsusi vurğulamaq lazımdır. Gənclərin azalması, müharibəyə meyilli ölkələrin ordu sıralarını azaldıb. Texnologiyalar, atom bombasından başlayaraq, televiziya və internetə qədər, geniş miqyaslı hərbi əməliyyatların keçirilməsini zəiflədib.
Harvard Universitetinin tarix professoru, tanınmış siyasi ekspert Nayel Ferqusson hesab edir ki, struktur baxımından da müəyyən dəyişikliklər var. Əsas dövlətlərin başçıları silahlanmanın qarşısını almaq baxımından böyük iş görüblər ki, bu da soyuq müharibənin başa çatması ilə nəticələnib. Eyni zamanda 20-ci əsrdə müharibə və zorakılıq ideologiyalarını aşılayan sistemlər (Faşizm və Komunizm) tamami ilə süquta uğrayıb. Bu haqda Frensis Fukuyama artıq 1989-cü ildə məlumat vermişdi.
Bəs İmmanuel Kantın "Daimi sülh" nəzəriyyəsi nədir? Bəlkə bu, sadəcə, qıssamüddətli bir haldır? Cavab sülhəmeyilli qüvvələrin tab gətirmə qabiliyyətindən asılıdır. Professor Pinkerin fərziyyələrini, digər tanınmış müəllif Nassim Nikolas Taleb ("Qara Qu quşu"nun müəllifi) statistik fərziyyə adlandrııb.
Mütləq mənada və nisbi baxımdan gənc nəslin defisiti ilə bağlı təhlükə yoxdur. 20-ci əsrin tarixinə nəzər yetirsək, görərik ki, Demokratiyanın və Fövqəlmilli İnstitutların inkişafını əks istiqamətə döndərmək olar, xüsusən də güclü iqtisadi silkələnmələr şəraitində. Texnologiyalar yeni tip konfliktlərin yaranmasına səbəb olur, nüvə silahının genişləndirilməsi isə nüvə müharibələri riskini artırır. O ki qaldı böyük dövlətlərin sülhə meyilli liderlərinin düşüncələrinə, az mütəxəssis iddia edə bilər ki 1980-ci illərin standartları qorunub.

Lakin "daimi sülh" əleyhinə olan ən böyük amil ideoloji amildir. 1979-cü ildəki İran inqilabının nəticəsində biz gördük ki, siyasi İslam dövləti əvvəl də qeyd etdiyimiz kimi Komunizm və Faşizim qədər qəddar ola bilir. Məhz bu səbəbdən də 2010-cu ildən sonra terrorizm, müharibələrin sayı və siyasi hərcmərclik artır.
Müharibə geri dönüb, əksər hallarda isə o, müqəddəs müharibədir. Strateji Araşdırmalar İnstitutunun məlumatlarına əsasən, 2010-cu ildə hərbi toqquşmalar zamanı ölüm sayı 4 dəfə artıb. Hesablamalara əsasən, 2000-ci illərdə ölüm hallarının 35%-i müsəlmanların iştirakı ilə baş verən müharibələrdə olub. 2014-cü ildə bu rəqəm 79%-ə qədər yüksəlib.
Bu Samuel Xantinqtonun dediyi kimi sivilizasiyaların toqquşması deyl, bu, müsəlmanların toqquşmasıdır. Əslində, konfliktlərin artmasına yeganə səbəb din deyl, lakin müharibələrin böyük əksəriyyətinin islam dövlətlərində baş verməsi də təsadüf hesab oluna bilməz.
Bu hal əvvələr də olub. Hələ 19-cu əsrdə Fyodr Dostoyevski öz əsərlərindən birində, dünyəvi ekstremistləri tənqid etməsi ilə yadda qalmışdı. 20-ci əsrdə ölüm və dağıntı hallarını fanatik millətçilər və kommunistlər daha çox yayırdı. Bizim dövrümüzdə isə bunu "Quran" əvəzləyib. Bugünkü qara qüvvələr şəxsi dini maraqdan çıxış edirlər.
Yeni Panqlossa ehtiyac var (Volterin "Kandid" romanındakı əsassız optimist obrazı) Bu yolla müsəlman dünyasındakı dağıntıların qarşısını almaq olar. Əslində isə vəziyyət çox qəlizdir. Məqribdən - Hindiquşa qədər müsəlman dünyasındakı qeyri-stabillik əhalinin kütləvi miqrasiyası və terrorizmin artması ilə nəticələnir.

Planetimizdəkı qısa sülh başa çatır. İraqa cəfəng müdaxilədən başlayaraq, Suriyadakı fəaliyyətə qədər, Qərbin səhv siyasətini konfliktlərin yenidən doğulması ilə qiymətləndirmək olar. Burada əsas səbəb kimi iqtisadi qeyri- stabilliyi, gənclərin kütləvi artımını, partlayıcı texnologiyanın və ölum ideologiyasının inkişafını göstərmək olar.
1991-ci ildən Qərb sülh dividendlərinə sahib olmuşdu. Lakin biz 20 il ərzində yarıtmaz fəaliyyət nəticəsində bu dividentlərin sonuna çıxdıq. Əvvəl iqtisadi çətinliklər yarandı, indi isə geosiyasi hesabları ödəməyin vaxtı gəlib. Yaranmış problemlərin öhdəsindən gəlmək üçün biz müharibə sənətini və böyük strategiyanı yenidən incələməliyik.
Mən naturamızın müsbət tərəfləri üçün darıxacam. Buna baxmayaraq, uzunmüddətli sülh zamanı da Dostoyevskinin qeyd etdiyi "Qara qüvvələr"in qayıdacağından şübhələnirdim.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре