https://news.day.az/azerinews/1822213.html "Facebook"a sahib olan "Meta" işçilərinin kütləvi ixtisarını planlaşdırır Amerikanın texnologiya korporasiyası "Meta" süni intellektin (Sİ) tətbiqi ilə əlaqədar işçi heyətinin 20 faizdən çoxunu ixtisar edə bilər. Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir   KİV yazır ki, korporasiya biznesini Sİ texnologiyalarına uyğunlaşdırmaq çərçivəsində genişmiqyaslı ixtisarlara hazırlaşır.

"Facebook"a sahib olan "Meta" işçilərinin kütləvi ixtisarını planlaşdırır

Azərbaycanca, 14 марта 2026 18:03 (UTC +04:00) 346
"Facebook"a sahib olan "Meta" işçilərinin kütləvi ixtisarını planlaşdırır

Amerikanın texnologiya korporasiyası "Meta" süni intellektin (Sİ) tətbiqi ilə əlaqədar işçi heyətinin 20 faizdən çoxunu ixtisar edə bilər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir

 

KİV yazır ki, korporasiya biznesini Sİ texnologiyalarına uyğunlaşdırmaq çərçivəsində genişmiqyaslı ixtisarlara hazırlaşır. Qarşıdan gələn işçi ixtisarının vaxtı və dəqiq miqyası hələ təsdiqlənməyib.

Son bir ildə "Meta"nın rəhbəri Mark Zuckerberq şirkəti süni intellekt bazarında liderlik uğrunda digər texnologiya şirkətləri ilə daha aqressiv rəqabətə sövq edir. 2028-ci ilə qədər məlumatların saxlanması və emalı mərkəzlərinin tikintisinə 600 milyard dollar sərmayə qoyulması planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости