https://news.day.az/azerinews/1867456.html Süni intellekt redaksiyalarda tərcüməçi və redaktorları əvəz edə bilər Redaksiyalarda olan tərcüməçilər, redaktorlar, korrektorlar, gündə işi sadəcə press-relizi saytda dərc eləmək olan şəxslərin işləri təhlükə altındadır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas cümə günü Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

Süni intellekt redaksiyalarda tərcüməçi və redaktorları əvəz edə bilər

Azərbaycanca, 16 октября 2026 11:42 (UTC +04:00) 251
Süni intellekt redaksiyalarda tərcüməçi və redaktorları əvəz edə bilər

Redaksiyalarda olan tərcüməçilər, redaktorlar, korrektorlar, gündə işi sadəcə press-relizi saytda dərc eləmək olan şəxslərin işləri təhlükə altındadır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas cümə günü Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, medianı, jurnalistikanı daha yaxşı bir yerə gətirmək barədə düşünməlidir.

"Yaradıcılıq süni intellektin xammalı hesab olunur. Əgər jurnalistlər yaradıcı olmasa, süni intellekt üçün xammal olmayacaq. Süni intellektin xammalını o yaradıcı insanlar yaradır və süni intellekt də ona istinad edir. Bu, bir-biri ilə birbaşa əlaqəlidir. Mən düşünürəm ki, növbəti illərdə Azərbaycan jurnalistikasında, mediasında belə şəxslərin sayı artacaq və yaradıcılıq, yaradıcı jurnalistika məncə süni intellektə qalib gələcək",- deyə o bildirib.

Xatırladaq ki, bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости