Məşhur aktyor Binəli Yıldırımla görüşdü

Day.Az представляет новость на азербайджанском языке

Məşhur aktyor Yılmaz Ərdoğan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, aktyor 15 iyul hadisələrində zərər görən Türkiyə Böyük Millət Məclisinin binasını ziyarət edib.

Ərdoğanı Türkiyənin baş naziri qarşılayıb, onunla müəyyən məsələləri müzakirə edib.

Aktyor doğulduğu Hakkari ərazisinin ilçə olmaması ilə bağlı Yıldırıma müraciət edib.

Hakkarililər və qohumları adından Yıldırıma müraciət edən Y.Ərdoğan həmin ərazinin ilçə elan edilməməsini istəyib.

"Hörmətli baş nazirlə görüşdüm. Hakkarinin ilçə olmamasının daha yaxşı olacağını, inzibati ərazinin hər hansı bir iqtisadi itkisinin olmayacağını bildirdim", - deyə aktyor jurnalistlərə açıqlamasında vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.