210 minlik "Mercedes-AMG" zay çıxdı, əzib yola atdı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.


Bu şəxs avtomaşını yeni alıb, üç dəfə problemi çıxıb, amma servisdə onu əvəzləməyiblər Hadisə Cənubi Koreyada baş verib. 33 yaşlı gənc yeni aldığı "Mercedes S63 AMG" avtomobilini qolf çubuğu ilə yararsız vəziyyətə salıb.

Avtosfer.az-ın məlumatına görə, həmin şəxs "Mercedes-Benzin" yerli dilerliyinin zəif xidmət səviyyəsinə etiraz əlaməti olaraq elə dilerliyin binası önündə avtomobili "şil-küt" edib.

Ona görə ki, bu şəxs avtomaşını yeni alıb, üç dəfə problemi çıxıb, amma servisdə onu əvəzləməyiblər. Bu səbəbdən də həmin şəxs "Mercedes"ə öz etirazını bu şəkildə bildirib.

Qeyd edək ki, bu avtomobilin işlənmişi hazırda Azərbaycanda 210 min dollara satılır.

Videonu izləmək üçün şəkilə klikləyin.

фото