Eynşteyn bu xalqı sevmirmiş - "Hissiyatsız, gönüqalın..."

Day.Az представляет новость на азербайджанском языке

Alman fizik Albert Eynşteynin səyahət gündəlikləri yayımlanıb.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 1922-23-cü illərdə Orta və Uzaq Şərq ölkələrinə səyahət edən alimin əslində irqçi və millətçi dünyagörüşə sahib olduğu üzə çıxıb. Eynşteyn xüsusilə Çin xalqını sevmirmiş. Çinliləri "pis və gönüqalın insanlar" adlandıran Eynşteyn gündəliyində "başqa irqlərin yerini tutsaydılar, çox pis olardı" ifadələrini işlədib. Çinli uşaqları "hissiyatsız və duyğusuz" adlandıran alim xalqı "qəribə və sürüyə oxşayan millət" deyə təsvir edib. 

Eynşteynin digər dövlətlər haqqındakı qeydləri də maraqlıdır. O, misirli satıcıları "cəhənnəmdən çıxan məxluqlar" adlandırıb. Şri-Lankanın böyük çirk içində olduğunu bildirən fizik "Hər yer zibillə doludur" yazıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.