Bayıl sürüşmə zonasında yaşayan sakinlərlə bağlı SƏRƏNCAM imzalandı

Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlər köçürüləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Baş nazir Novruz Məmmədov sakinlərin köçürülməsinin təmin olunması məqsədilə sərəncam imzalayıb.

Sənədlə, Bayıl sürüşmə zonasında yaşayan 92 ailə köçürüləcək. Sərəncama əsasən, həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya ilə təmin olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.