Gündəlik neçə saat yatmaq lazımdır?

Yuxunun sağlamlıq üçün necə əhəmiyyətli olduğu hər kəsə məlumdur. Tədqiqatçıların fikrincə, böyüklər üçün gecə 7-9 saat yatmaq vacibdir. Ən son araşdırmalar sağlam beyin üçün nə qədər yuxuya ehtiyacımız olduğunu müəyyən edib.

Day.Az "Unikal"a istinadən xəbər verir ki, aparılan araşdırmaların nəticələrinə əsasən, beynin təmizlənmə sistemi gecə saatlarında sürətlənir, Alzheimer xəstəliyi ilə bağlı zəhərli birləşmələri atır. Yetkin inanlar üzərində aparılan araşdırmalar nəticəsində, yuxu müddəti qeyri-adi dərəcədə qısa və ya uzun olan insanların sağlamlıq problemləri yaşadığı, o cümlədən Alzheimer xəstəliyinin əlamətlərindən biri olan yaddaş itkisi və beynin kiçilməsi, əsəb problemləri kimi problemlərin yarandığı müəyyən edib.

Norveçin Oslo universitetinin alimləri 47 min insanın mövcud məlumatlarından istifadə edərək araşdırma aparıb və zamanla yuxu müddəti ilə bağlı insan beyninin həcmini müşahidə ediblər. Burada ən yüksək beyin həcmi 6,5 saat gecə yuxusu yatan şəxsdə müəyyən edilib.

Aparılan araşdırmaların nəticəsi olaraq yetkin bir insanın gündəlik 8 saat yuxuya ehtiyacı olduğu müəyyən olunub.