Ötən il ərzində Azərbaycan xarici borclanma həyata keçirməyib

2023-cü ildə Azərbaycan Respublikasının xarici dövlət borclanmasının yuxarı həddi 750 milyon manat təsdiq edilib. Lakin il ərzində xarici borclanma həyata keçirilməyib.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı i Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib
O qeyd edib ki, dövlət zəmanətinin yuxarı həddi 1 milyard manat müəyyən edilib.
"Hal-hazırda tərəfimizdən dövlət borcunun auditi aparılır. Audit yekunlaşdıqan sonra hörmətli millət vəkillərinə geniş məlumat veriləcək", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре