Prezident İlham Əliyev: Ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər

Ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edərkən bildirib.

"Dövlətimizin başçısı xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti bununla bağlı xatırladı ki, əvvəllər də dediyi kimi, ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib", - deyə dövlətimizin başçısı qeyd edib.