Tərtərdə ağır qəza, xəsarət alanlar var

Tərtərdə ağır yol qəzası baş verib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər ağır yaralanıb.

Hadisə zamanı xəsarət alanlara oradan keçən insanlar ilkin tibbi yardım göstəriblər.

Qəza yerindən görüntüləri təqdim edirik: