https://news.day.az/azerinews/1797289.html Goranboyda binada mənzilin döşəməsi çöküb, xəsarət alanlar var - FOTO - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

Goranboyda binada mənzilin döşəməsi çöküb, xəsarət alanlar var - FOTO - VİDEO

Azərbaycanca, 23 ноября 2025 10:41 (UTC +04:00) 468
Goranboyda binada mənzilin döşəməsi çöküb, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Goranboyda binada mənzilin döşəməsi çöküb, xəsarət alanlar var

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости