https://news.day.az/azerinews/1797132.html Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü - FOTO Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-polkovnik Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi, şəhid kapitan Mühüd Orucovun atası Qurban Orucovla görüşüb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü - FOTO

Azərbaycanca, 22 ноября 2025 09:27 (UTC +04:00) 909
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü

Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-polkovnik Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi, şəhid kapitan Mühüd Orucovun atası Qurban Orucovla görüşüb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrində misilsiz xidmətlərindən bəhs edib.

Qurban Orucov oğlu ilə bağlı xatirələrini bölüşüb:

"Evə gələndə rəhmətlik anası soruşardı ki, bala, komandirin necə adamdı? Mühüd fəxrlə deyərdi ki, ana, məndən nigaran qalma, komandirim qızıl kimi adamdı".

Qeyd edək ki, M. Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə şəhid olub.  

  • Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü
  • Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости