Yasamaldakı yanğına səbəb olduğu iddia edilən restorandan

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının restorandan başladığına dair iddialar var.

Day.Az xəbər verir ki, səsləndirilən iddialarla bağlı "Loft" restoranının administratoru Trend-ə bildirib ki, restoranın şaxtası yoxdur.

 

"Hazırda aidiyyəti qurum tərəfindən restoran bağlanıb. Əlavə məlumat yoxdur".

Qeyd edək ki, hadisə nəticəsində tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib. Hazırda zəhərlənənlərdən 7 nəfərin müalicəsi KTM-in Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.