Türkiyədə zəlzələ baş verib

Malatyada 5,6 bal gücündə zəlzələdən sonra diqqətlər Bingöl və Erzincana yönəlib.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekspertlər bu bölgələrdə zəlzələlərin 8 bala qədər çata biləcəyini bildirir.

Hesabatlara görə, həm Erzincan, həm də Bingöl alüvial torpaq üzərində yerləşir və binaların bir çoxu aktiv fay zonalarının üstündədir. Bu isə böyük ziyan və itkilər riskini artırır.

Jeoloji Mühəndisləri Odası zəlzələ təhlükəsini azaltmaq üçün fay xəritələrinin yenilənməsini, deprem standartlarının gücləndirilməsini və riskli ərazilərdə yeni tikililərin qarşısının alınmasını tövsiyə edir.