https://news.day.az/azerinews/1836647.html Meta “evdən işləyin” deyib 8 min işçini işdən ÇIXARDI Facebook, Instagram və WhatsApp-ın sahibi Meta, süni intellektə fokuslanan yenidənqurma çərçivəsində qlobal miqyasda 8 min işçisini işdən çıxarıb. Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, işdən çıxarma qərarından bir neçə saat əvvəl işçilərə evdən işləmələri tövsiyə olunub.

Meta “evdən işləyin” deyib 8 min işçini işdən ÇIXARDI

Azərbaycanca, 23 мая 2026 01:38 (UTC +04:00) 336
Meta “evdən işləyin” deyib

Facebook, Instagram və WhatsApp-ın sahibi Meta, süni intellektə fokuslanan yenidənqurma çərçivəsində qlobal miqyasda 8 min işçisini işdən çıxarıb.

Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, işdən çıxarma qərarından bir neçə saat əvvəl işçilərə evdən işləmələri tövsiyə olunub.

Meta eyni zamanda 7 min işçini yeni süni intellekt layihələrinə yönəldib və əvvəl açıq olan 6 min vakansiyanı doldurmamaq qərarına gəlib. Bu addımlar şirkətin işçi sayının təxminən 10%-ni əhatə edir və gələcək işə qəbulu da azaldır.

İşçilər arasında narazılıq böyükdür. Bir tərəfdən süni intellekt vasitələri işlərin sürətlə avtomatlaşdırılmasına gətirib çıxarır, digər tərəfdən minlərlə əməkdaş işsiz qalır.

Meta rəhbərliyi isə yenidənqurmadan sonra daha çevik, kiçik komandalar və süni intellekt mərkəzli iş axını yaratmağı hədəfləyir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости