FİFA-nın yeni prezidentindən inqilabi dəyişikliklər

Day.Az представляет новость на азербайджанском языке

Futbol qaydalarında əsaslı dəyişikliklər ediləcək.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) ötən gün keçirilən toplantısında futbol qaydalarına bir çox yeniliklər edilməsi ilə bağlı qərar verilib.

Yeni qaydalara görə, matçların daha ədalətli idarə edilməsi üçün hakimlər mübahisəli epizodların videotəkrarına baxa biləcəklər. Amma bu qaydaların yalnız mübahisəli qol epizodlarında istifadə olunacağı gözlənilir.

Bu qərar 2017/18 mövsümündən gec olmayaraq qüvvəyə minnəcək. 12 futbol assosiasiyası və bir konfederasiya qərarla bağlı öz marağını ifadə edib.

Qaydalardan biri oyunçu dəyişiklikləri ilə bağlıdı. Komandalar matça əlavə edilmiş vaxtda 4-cü oyunçu dəyişikliyindən istifadə edə biləcəklər.

Matçın start fitindən sonra topa ilk zərbəni vuran oyunçu onu istənilən istiqamətə göndərə biləcək. Bu vaxta kimi isə topu ancaq meydanın rəqibə aid hissəsinə vurmaq lazım idi.

Ən vacib qərar isə "üçqat cəza" sisteminin ləğv edilməsidi. Qapıçı və ya müdafiəçi adi mübarizə şəraitində penaltiyə səbəb olarsa, ona qırmızı deyil, sarı vərəqə göstəriləcək. Xüsusi kobudluq hallarında isə qırmızı vərəqə cəzası qüvvədə olacaq.

Toplantıda iştirak edən FIFA prezidenti Canni İnfantino bildirib ki, bu qaydalar iyunun 1-dən qüvvəyə minəcək və ilk dəfə AVRO-2016-da və Amerika Kubokunda istifadə olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.