Bakıda ağır qəza:

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Bakıda dəhşətli yol qəzası baş verib.

Day.Az lent.az-a istinadən bildirir ki, saat 03:30 radələrində Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax magistralının 43-cü kilometrliyində 1988-ci il təvəllüdlü Ələkbərov Vüsal Aydın oğlunun idarə etdiyi "Mitsubishi L 200" markalı 90 OK 189 dövlət qeydiyyat nişanlı pikap maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər, 1997-ci il təvəllüdlü Çerçiyev İsmayıl Şamil oğlu və 1961-ci ildə anadan olmuş Əliyev Əsgər Cəlal oğlu vəfat ediblər.

Sürücü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.