"Düşmənə layiqli cavab verdik"

Day.Az представляет новость на азербайджанском языке

"Düşmənə layiqli cavab verdik. Erməni əsgərlər öz mövqelərini tərk etdilər, silah-sürsatlarını atıb qaçdılar".

Day.Az bildirir ki, bunu report-a Azərbycan ordusunun kapitanı Mirdamət Bağıyev deyib. 

Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələr zamanı Ermənistan hərbi birləşmələrinin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edən M.Bağıyev vurğulayıb ki, Azərbyacan ordusu erməni təxribatının qarşısını almaqla yanaşı, işğalda olan strateji mövqeləri və yüksəklikləri də azad edib: "Ermənilər Azərbycan ordusunun gücünü gördülər. Biz irəlilədik, lazım olan yüksəkliklərdə və mövqelərdə möhkəmləndik. Ali Baş Komandanın əmrini gözləyirik, nə vaxt "Döyüşə!" komandası verilsə, biz torpaqlarımızı erməni işğalından azad edəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.