“WhatsApp” məlumatlarınız “Facebook”da

Day.Az представляет новость на азербайджанском языке

"Facebook" tərəfindən satın alınan "WhatsApp" bundan sonra əsas şirkətinə məlumat ötürməyə başlayacaq.

Day.Az Technote-yə istinadən xəbər verir ki, "WhatsApp" profil şəkliniz, profil adınız, telefon nömrəniz və statusunuz "Facebook" ilə paylaşılacaq.

Hər hansı bir mesaj məlumatının verilməyəcəyi də qaydalara əlavə edilib. Yəni "WhatsApp" mesajlarınız "Facebook" ilə paylaşılmayacaq.

Təbii ki bu, sizə daha yaxşı bir reklam təklif edə bilmək üçün edilib. Paylaşılmasını istəmədiyiniz məlumatlar varsa onların gizli saxlamağa diqqət edin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.