İki tanınmış azərbaycanlı musiqiçi evləndi - FOTO

Day.Az представляет новость на азербайджанском языке

Tarzən Şəhriyar İmanovun toyu olub. 

Day.Az-ın axşam.az-a istinadən məlumatına görə, o, kanon ifaçısı Arifə xanımla nikah masasına oturub. 

Toy məclisi ötən gün baş tutub. Şəhər restoranlarından birində olan məclisə sənət aləminin tanınmış simaları qatılıblar. 

Qonaqlar arasında əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Nuriyyə Hüseynova, xalq artisti Nəzakət Teymurova yer alıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.