İzzət Bağırov: "Qadın alış-verişə rəfiqəsi ilə çıxmamalıdır" Day.Az представляет новость на азербайджанском языке:

Müğənni İzzət Bağırzadə "Gün üzü" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi qadın-kişi münasibətlərindən bəhs edib:

"Qadının rəfiqəsinin, kişinin dostunun çox və ya az olması problem deyil. Əsas odur ki, onlar ailəyə müdaxilə etməsinlər. Ümumiyyətlə, yaxınların ailəyə müdaxiləsi düz deyil. Hər bir ailədə söz-söhbət olur. El arasıdna bir ifadə var: "Ana-ata nə desə odur". Xeyir, bəlkə valideyn elə məsləhət verəcək ki, bu ailənin sonu olacaq. Ər-arvad arasına üçüncü şəxsin müdaxiləsi yaxşı deyil. Bu ailənin sonu yoxdur. Ərlə-arvad aralarındakı problemi özləri həll etməlidir. Məsələn, ər arvadla dalaşır. Kişinin oğlan dostu onu götürüb gedir ki, "Yeyək-içək, unudacaqsan". Kişi gedir, içir, kefi kök. Qadın evdə oturub ağlayır. Yaxşı dost kişiyə bu məsləhəti vermir. Deyir ki, "Xanımını da götür, get şam yeməyinə, könlünü al". Mən xanımların tərəfin tutmuram. Kişiyəm və hər zaman çalışmışam güclü cinsin nümayəndələrinin tərəfini saxlayım. Ədalətin tərəfdarıyam. Qadın alış-verişə rəfiqəsiylə yox, əriylə getməlidir".