Limon haqqında bilinməyən gerçəklər

Limondan mütəmadi istifadə edən şəxslərin xüsusi pəhriz saxlamasına, qəbul etdiyi kalorinin miqdarını hesablamasına ehtiyac yoxdur.

Day.Az xəbər verir ki, Rusiya KİV-nin verdiyi məlumata görə, həkimlər bunun üçün qidaya bir neçə xörək qaşığı limon suyu qatmağı, yalnız lap zərərli və yağlı yeməklərdən imtinaya çağırır. Dietoloqların sözlərinə görə, limon pəhrizi vasitəsilə yalnız artıq çəkidən xilas olmaq yox, orqanizmin zəifləməsinin qarşısını almaq da mümkündür.
Həkimlər limon suyunun həzm prosesini sürətləndirdiyini, qanda şəkərin miqdarını azaltdığını bildirir. Onun tərkibindəki xüsusi maddə iştahı azaldır.
Limon pəhrizinin əsas şərti isə acqarına limon şirəsi qatılmış su içməkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.