https://news.day.az/azerinews/1487719.html Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub - FOTO - VİDEO

Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub - FOTO - VİDEO

Azərbaycanca, 16 августа 2022 20:34 (UTC +04:00) 421
Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğura imza atıb.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.58.26 göstərici ilə bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

  • Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости