Prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr verildi

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Məmmədov Elçin Məmmədbağır oğlu - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Camalov Elmar Heybət oğlu - Azərbaycan Respublikası Baş prokurorunun müavini

Məmmədov Heydər Vidadi oğlu - Azərbaycan Respublikası Baş prokurorunun müavini

Rəcəbov Nazim Hafis oğlu - Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əvəzov Nemət Yusif oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi

Əlixanov Erkin Hüseynağa oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi.