Qətər Dövlətinin Əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına daha çox rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram".