https://news.day.az/azerinews/1666476.html
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib
![Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib](https://img.day.az/2024/06/07/800x550/1697634757_photo_5296577408167694553_y.jpg)
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri Prezident İlham Əliyev.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
Zati-alinizə ən yüksək ehtiramımızı bildiririk".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре