Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşıladılar.