Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Day.Az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.