Azərbaycan XİN başçısı küveytli həmkarı ilə bölgədə artan gərginliyi müzakirə edib
2 mart tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, telefon danışığı zamanı bölgədə artan gərginlik müzakirə olunub.
Bildirilib ki, nazirlər davam edən hərbi toqquşmalarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin regional təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaratdığını vurğulayıblar.
Gərginliyin azaldılmasının vacibliyi vurğulanaraq, danışıqlar prosesinə qayıdış üçün diplomatik təşəbbüslərin gücləndirilməsinin önəmi diqqətə çatdırılıb.
Nazirlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyini vurğulayıblar.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре