Bu ölkədə uçan avtomobillər peyda olacaq

Amerika Birləşmiş Ştatlarının "Samson Sky" şirkəti yerli "Air Tashkent" aviaşirkəti ilə "Switchblade" markalı uçan avtomobillərin Özbəkistana tədarükü ilə bağlı Memorandum imzalayıblar.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sənədə əsasən, ölkəyə ümumilikdə 60 milyon dollar dəyərində 300 ədəd avtomobil tədarük olunacaq.

 

"Air Tashkent" həm özəl, həm də kommersiya uçuşları üçün pilotların təlimini həyata keçirmək niyyətindədir. "Samson Sky" isə mexaniklərin hazırlanması və serviz xidmətləri ilə bağlı yardımçı olacaq, eyni zamanda Özbəkistan aviaşirkəti və hökuməti ilə avtomobillərin həm yollar həm də hava məkanı üçün sertifikatlaşdırılmasında əməkdaşlıq edəcək.

Uçan üçtəkərli avtomobil ilk dəfə 2009-cu ildə təqdim olunub. O 2 nəfər üçün nəzərdə tutulub. Yerdə 200 km/saata qədər sürət yığa bilir, ilk yüz kilometr/saat sürəti beş saniyəyə əldə edir.

Səmada isə maksimal sürəti saatda 322 kilometrə çata bilir. Bir tam doluma maksimal uçuş məsafəsi 805 kilometrdir.