Xəzər dənizində zəlzələ baş verib

Xəzərdə zəlzələ qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkan yerli vaxtla 07:35-də, 72 km dərinlikdə baş verib.

--------
07:04

Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

Day.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.