https://news.day.az/azerinews/1867294.html İstanbulda daşqınlar nəticəsində 3 nəfər ölüb, 4 nəfər itkin düşüb İstanbulda leysan yağışları və daşqınlar 3 nəfərin ölümünə səbəb olub. Day.Az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildirilib ki, hazırda itkin düşmüş hesab edilən dörd nəfərin axtarışları davam etdirilir.

İstanbulda daşqınlar nəticəsində 3 nəfər ölüb, 4 nəfər itkin düşüb

Azərbaycanca, 15 октября 2026 16:24 (UTC +04:00) 232
İstanbulda daşqınlar nəticəsində 3 nəfər ölüb, 4 nəfər itkin düşüb

İstanbulda leysan yağışları və daşqınlar 3 nəfərin ölümünə səbəb olub.

Day.Az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, hazırda itkin düşmüş hesab edilən dörd nəfərin axtarışları davam etdirilir.

İstanbulun valisi Davut Gül jurnalistlərə açıqlamasında bildirib ki, güclü yağıntıların fəsadlarının aradan qaldırılması zamanı xilasedicilər 2 722 nəfəri təxliyə ediblər. Bir sıra rayonlarda zədələnmiş infrastrukturun bərpası işləri davam edir.

Meteoroloqların proqnozlarına görə, meteoroloji təhlükə ilə bağlı sarı xəbərdarlıq elan edilən İstanbulda və ətraf ərazilərdə yağışlar həftənin sonunadək davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости