Şahzadə ​FİFA prezidenti olmağa yaxındı

Day.Az представляет новость на азербайджанском языке.

FİFA prezidenti seçkisində İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn qalib gələcək.

Day.Az report-a istinadən bildirir ki, bu barədə "Bukmeker bonusları" portalının açıqladığı əmsallarda bildirilir.

Bu kontor İordaniya şahzadəsinin qələbəsinə 2 əmsal verir. Asiya Futbol Konfederasiyalarının başçısı, Bəhreyn şeyxi Salman ibn İbrahim əl-Xəlifənin ali futbol qurumunun rəhbəri seçilməsi isə 2.25 əmsalla qiymətləndirilir. Əsas mübarizənin iki namizəd arasında gedəcəyi gözlənilir.

Ötən ilin dekabrında isə əmsallar fərqli idi. İordaniya şahzadəsinin prezident seçilməsinə 2.6 əmsal verilirdisə, Bəhreyn şeyxində bu rəqəm 2.2 idi.

Qeyd edək ki, ümumilikdə 5 namizəd - Əli bin əl-Hüseyn, Canni İnfantino, Şeyx Salman ibn İbrahim əl-Xəlifə, Tokyo Seksvale və Jerom Şampan seçkilərdə mübarizə aparacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.