Gəncədə ağır qəza:

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində "VAZ-21011" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21011"ın sürücüsü, 1989-cu il təvəllüdlü Pərvin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.