Bakıda ticarət mərkəzində qadın qızıl boyunbağını belə oğurladı

Day.Az представляет новость на азербайджанском языке

Dünən bakının məşhur univermaqlarından birində oğurluq hadisəsi baş verib.
Saat 15:00 radələrində piştaxtaya yaxınlaşan orta yaşlı xanım qızıl boyunbağını götürərək aradan çıxıb.

Day.Az bildirir ki, bu barədə a24.az-a həmin univermağın qızıl bölməsinin satıcısı xəbər verib: "Xanım müştəri qismində vitrinə yaxınlaşdı, bir neçə ziynət əşyasına baxıb bəyənmədiyini dedi. Mən digər müştəri ilə maraqlanan zaman o, 70-80 azn dəyərində olan boyunbağını oğurlayıb".

Ticarət mərkəzində olan kameralardan oğurluq hadisəsi öz təsdiqini tapıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda qadın qızıl boyunbağını belə oğurladı