Gəncədə zəncirvari qəza

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə zəncirvari qəza baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Sadıx Rəhimov küçəsində "VAZ-21012" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Zərbənin gücündən həmin avtomobillər yolun kənarında dayanan "QAZ-24", "Hyundai Sonata" və "QAZel" markalı maşınlara çırpılıb. Hadisədə 1936-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.