Bakıda evdən 15 minlik qızıl oğurlandı

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Day.Az ARB TV-yə istindən xəbər verir ki, Qulu Quliyev küçəsi, ev 38, mənzil 37 ünvanında yaşayan 46 yaşlı Vasif Əliyev polisə evindən oğurluq edilməsi barədə şikayət edib.

Zərərçəkən izahatında bildirib ki, evə heç kimin olmadığı vaxt girən naməlum şəxslər ümuni dəyəri 15 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıblar. Polis əməkdaşları evə baxış keçiriblər, barmaq izləri götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda evdən 15 minlik qızıl oğurlandı